Tedesko Fransa yığmasına məğlubiyyətə aydınlıq gətirdi

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko AÇ-2024-ün 1/8 finalında Fransa yığmasına məğlubiyyəti (0:1) şərh edib.

Arena.az xatırladır ki, Belçika yığması öz qapısına vurduğu qol nəticəsində Avropa çempionatında iştirakına xitam verib.

“Final fitindən çox az vaxt keçib. Biz avtoqolu lap axır-axırda buraxdıq, indi isə nəyisə təhlil etmək çətindir. Önümüzdəki həftələrdə Avropa çempionatının nəticələrini təhlil edəcəyik. Kastels bu yarışda parlaq çıxış etdi. O, Ukrayna yığması ilə oyunda bizim dadımıza çatdı, nəinki bu. Onun qurtarışı o deməkdir ki, bizim bu gün burada oynamaq imkanımız oldu. Kastells parlaq qapıçıdır, bu gün buraxdığımız qol isə onun təqsiri deyil.

Biz topu onların kürəyi arxasına havalandırmaq istəyəndə, fransızların müdafiədə müəyyən fəsadlar yaşadıqlarını gördük. Onlar yüksək müdafiə olunurdular. Biz üç hücumçu ilə oynayırdıq və onların müdafiəçilərinin geridə qoyduğu məkandan istifadə etmək istəyirdik. Əsas fikir – bu idi. Müdafiə olunaraq, biz onların cinah oyunçularını oyundan təcrid etmək istəyirdik. Bu, yaxşı işləyirdi”, – UEFA-nın mətbuat xidməti italyan-alman mütəxəssisdən sitat gətirir.

Beləliklə Belçika yığması kor-peşman evə qayıdır. 1/4 finala yüksəlmiş Fransa yığması isə bu mərhələdə Portuqaliya millisi ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: