İlham Əliyev: “Merih Demirala verilən cəza ədalətsizdir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkiyəli futbolçu Merih Demirala qarşı tətbiq edilən cəzanı ədalətsiz adlandırıb.

Arena.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev rəsmi “X” sosial şəbəkə hesabında paylaşım edib.

Dövlət başçısı Avropa çempionatındakı (AÇ-2024) növbəti oyununda Türkiyə millisinə uğurlar arzulayıb:

“Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm. Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Niderland ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!”, – dövlət başçısı qeyd edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: