AÇ-2024: Final ərəfəsində İngiltərədə pivə satışı artacaq

İngiltərədə, “üç şir”in İspaniya yığması ilə qarşılaşacağı Avropa çempionatının (AÇ-2024) finalına fəal surətdə hazırlıqlar davam edir.

Arena.az bu barədə “Reuters” agentliyinə istinadən məlumat verir.

Final günü müxtəlif ingilis meyxanalarının, supermarketlərinin və restoranlarının çoxlu sayda ziyarətçi üçün hazırlıq gördüyü vurğulanır. Böyük Britaniyanın əsas baqqal şirkətlərindən biri həftə sonu pivə satışlarının illik 200% artacağını təxmin edib. Həmçinin pivə dəsgahına daxil müxtəlif çərəzlərin də satışının indidən artdığı vurğulanır. Bura qovrulmuş müxtəlif ləpərər, basdırmalar – ət, balıq, duzlu və acı çərəzlər, həmçinin hər pivəxananın xüsusi təqdim etdiyi özəl pivə dəsti daxildir.

Bundan əlavə, Böyük Britaniyanın üçüncü ən böyük supermarketi AÇ-2024 zamanı 20 mindən çox böyükekranlı UHD televizor satmağa müvəffəq olub. 2024-cü il Avropa çempionatının final oyununa bir gün qalmış bu məhsulların satışlarının da xeyli artacağı gözlənilir.

Xatırladaq ki, AÇ-2024-ün İspaniya və İngiltərə yığmaları arasında keçiriləcək final oyunu iyulun 14-də Berlinin “Olimpiaştadion”unda baş tutacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: