Alvaro Morata: “Lamin Yamala AÇ-2024-ü qazanacağımızı demişik”

İspaniya yığmasının kapitanı Alvaro Morata “qırmızı qəzəb”in 17 yaşlı vingeri Lamin Yamala komandanın münasibətindən danışıb.

Arena.az Moratanın bu barədə fikirlərini təqdim edir:

“Sevgi ilə, səmimiyyətlə ona etimad göstərərək. Buradakı əksər oyunçular aylardır ki, bir yerdə oyunlar oynayırlar. Biz isə ona demişik: “Avropa çempionatını qazanacağıq!”, deyə Alvaro Morata açıqlayıb.

Yeri gəlmişkən, Lamin Yamal “İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messi ilə eyni komandada oynamaq istədiyini bildirib. Yamlın bu barədə fikirlərini təqdim edirik:

“Messi ilə paltardəyişmə otağını paylaşa biləcəyimə və onunla məşq edə biləcəyimə ümid edirdim, amma bu, heç vaxt baş vermədi. Hələ də ümidvaram ki, bu, gələcəkdə baş verəcək”, deyə Yamal vurğulayıb.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 13 oyun keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var.

“Transfermarkt” internet-portalı 16 yaşlı ispaniyalı vingerin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, AÇ-2024-ün İspaniya və İngiltərə yığmaları arasında final oyunu bu gün, iyulun 14-də Berlinin “Olimpiaştadion”unda keçiriləcək. Hakim fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: