Luis de la Fuente: “Bundan xoşbəxt ola bilməzdik!”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente “qırmızı qəzəb”in 2024-cü il Avropa çempionatındakı qalibiyyətindən danışıb.

Arena.az xatırladır ki, ispan mütəxəssisin sükanı arxasında dayandığı İspaniya millisi AÇ-2024-ün final oyununda İngiltərə yığması üzərində 2:1 hesblı qələbə qazanaraq, tarixində 4-cü dəfə Avropa çempionatının qalibi olub:

“Biz bundan xoşbəxt ola bilməzdik! Biz bu komanda ilə fəxr edirik. Onlar dünyanın ən yaxşısıdır.

Siz həmişə daha yaxşı ola bilərsiniz, bu, bizim məqsədimizdir. Bizim komandamızın üstünlüyü ondadır ki, biz həmişə daha yaxşı ola biləcəyimizi düşünürdük. Bunu yarışın ən çətin rəqibləri ilə qarşılaşmalarda göstərdik. Amma biz daha çoxuna nail olacağıq, çünki bu oyunçular hamı üçün nümunədirlər, onlar çox yaxşıdırlar”, – “Marca” nəşri Luis de la Fuentedən sitat gətirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: