Premyer Liqada 2024/2025 mövsümü öncəsi hazırlığını davam etdirən “Kəpəz” və “Şamaxı” komandaları yoxlama görüşündə üz-üzə gəliblər.
Arena.az xəbər verir ki, elita təmsilçiləri Qəbələ şəhər stadionunda qarşılaşıblar.
Üç qolun qeydə alındığı matçda Şamaxının eyniadlı təmsilçisi qələbə qazanıb – 2:1. Gəncə təmsilçisi avtoqol sayəsində sevinibsə, “Şamaxı”nın qollarını Səbayıl Bağırov və Arsen Ağcabəyov vurublar.
Xatırladaq ki, bu, “Şamaxı”nın yeni mövsümə hazırlıq çərçivəsində ilk yoxlama oyunu idi. “Kəpəz” isə daha əvvəl yoxlama oyununda “Turan Tovuz”a 0:4 hesabı ilə məğlub olmuşdu.


