“Turan Tovuz” Türkiyə klubları ilə qarşılaşacaq

Yeni mövsümə hazırlığın ikinci mərhələsini Türkiyədə davam etdirən “Turan Tovuz” təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama oyunu keçirəcək.

Arena.az xəbər verir ki, artıq Tovuz təmsilçisinin keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərinin kimliyinə də aydınlıq gəlib.

“Turan Tovuz” iyulun 18-də Türkiyə Birinci Liqasında mübarizə aparan “Pendikspor”la üz-üzə gələcək. Əyalət təmsilçisi ayın 22-də isə Super Liqa iştirakçısı “Adana Dəmirspor”la qarşılaşacaq.

Sonuncu yoxlama oyunu isə ayın 25-də baş tutacaq. Baş məşqçi Kurban Berdıyev komandasını Türkiyə Birinci Liqa təmsilçisi “Kocaelispor”la oyunda sınaqdan keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: