Babək Quliyev “Paks” – AEK matçına təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti təyinat alıb. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Babək Quliyev Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Paks” (Macarıstan) – AEK (Larnaka, Kipr) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma iyulun 25-də Paks şəhərinin eyniadlı stadionunda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: