Toni Kroos: “Hakimlər qaydaların təfsirini bilmirlər”

Almaniya yığmasının sabiq yarımmüdafiəçisi, keçmiş futbolçu Toni Kroos AÇ-2024-də bundestimin başına gəlmiş xoşagəlməz məqamı şərh edib.

Arena.az xatırladır ki, söhbət AÇ-2024-ün ev sahibi olmuş Almaniya yığmasının yarşın 1/4 finalında İspaniya millisi ilə oyununda rəqibin əllə oyunu müqabilində hakimin təyin etmədiyi penalti məqamından gedir.

Görüşün ingilis baş hakimi Entoni Teylor oyunun əlavə vaxtında, 106-cı dəqiqədə bunsetimin yarımmüdafiəçsisi Camal Musialanın zərbəsindən sonra, topun birbaşa qapıya uçuşu zamanı ispan müdafiəçi Mark Kukurelyanın əlinə dəyməsi müqabilində penalti təyin etməmişdi. Həmin oyunda Almaniya yığması məğlub olaraq (1:2, əsas vaxt 1:1) Avropa çempionatını tərk etmişdi.

“Bu günə qədər özümü saxlamışdım (gülür). Əvvəlcə, bu məqamın nisbətən aydın bir əllə oyun olduğunu heç görməmişdim, ona görə də hakimin qərarına görə o an üzülməmişdim. Təbii ki, sonra hakimin fəaliyyətinə fikir verdim. Sonradan bu məqamı görəndə isə əsəbləşdim… Gəlin, hər şeyi olduğu kimi boşlayaq.

Meydanda səhvən hakimə etibar etdim. Düşünürəm ki, heç olmasa bu məqama baxmalı idim. Halbuki hakimlər özləri məqamları yüz fazi necə təfsir edəcəklərini bilmirlər. Edə biləcəyimiz yeganə iş baş verənləri qəbul etmək idi”.

Xatırladaq ki, bu oyun Toni Kroosun futbolçu karyerasında sonuncu oyun olaraq əlamətdardır. Toni Kross məhz bu matçdan sonra butslarını asılqandan asıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: