“Kəpəz” Qəbələdə Küveyt klubu ilə qarşılaşacaq

Yeni mövsümə hazırlığı Azərbaycanda davam etdirən “Kəpəz” komandasının yoxlama keçirəcəyi növbəti rəqibin adına aydınlıq gəlib.

Arena.az bu barədə Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, Adil Şükürovun çalışdırdığı komanda Azərbaycanda təlim-məşq toplanışında olan Küveytin “Əl-Yarmuk” kollektivi ilə görüşəcək.

İyulun 22-də Qəbələdə təşkil ediləcək bu oyuna saat 17:30-da start veriləcək.

Xatırladaq ki, “Kəpəz” daha öncə yay təlim-məşq toplanışı çərçivəsində “Turan Tovuz” (0:4) və “Şamaxı” (1:2) ilə yoxlama oyunlarında qüvvəsini sınayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: