Neymar – Transferlərinin ümumi məbləği üzrə ən bahalı futbolçu

Braziliya milli komandasının və “Əl-Hilal” klubunun hücumçusu Neymar transferlərinin ümumi məbləği üzrə ən bahalı futbolçudur.

Arena.az məlumat verir ki, “Transfermarkt” internet-portalı cəmi transferlərinin ümumi məbləği üzrə ən bahalı futbolçuların siyahısını təqdim edib.

Siyahının zirvəsində Braziliya millisinin və “Əl-Hilal”ın ulduz hücumçusu Neymar yer alıb. Neymarın bütün keçidlərinə cəmi 400 milyon avro xərc çəkilib.

2-ci pillədə Belçika yığmasını və “Çelsi”nin ötən mövsümü “Roma”da icarədə keçirmiş mərkəz hücumçusu Romelu Lukaku qərarlaşıb. Lukakunun cəmi transferlərinin ümumi məbləği 339 milyon avro təşkil edir.

İlk üçlüyü isə cəmi transferləri 247 milyon avro məbləğində olan, Portuqaliya yığmasının və “Əl-Nəsr”in kapitanı, ulduz hücumçu Kristiano Ronaldo qapayır.

Cəmi transferlərinin ümumi məbləği üzrə futbolçuların onluğunu təqdim edirik:

  1. Neymar (“Santos”, “Barselona”, PSJ, “Əl-Hilal”) – 400 milyon avro;
  2. Romelu Lukaku (“Anderlext”, “Çelsi”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted”, “İnter”, “Roma”) – 339 milyon avro;
  3. Kristiano Ronaldo (“Sportinq” (Lissabon), “Mançester Yunayted”, “Real”, “Yuventus”, “Əl-Nəsr”) – 247 milyon avro;
  4. Usman Dembele (“Renn”, “Borussiya” (Dortmund), “Barselona”, PSJ) – 220 milyon avro;
  5. Alvaro Morata (“Real”, “Yuventus”, “Çelsi”, “Atletiko” (Madird), “Milan”) – 202 milyon avro;
  6. Antuan Qrizmann (“Real Sosyedad”, “Atletiko” (Madrid), “Barselona”) – 182 milyon avro;
  7. Filipe Koutinyo (“Vasko da Qama”, “İnter”, “Espanyol”, “Liverpul”, “Barselona”, “Bayern”, “Aston Villa”, “Əl-Duhail”) – 180 milyon avro;
  8. Kilian Mbappe (“Monako”, PSJ, “Real”) – € 180 mln;
  9. Anxel Di Mariya (“Rosario”, “Benfika”, “Real”, “Mançester Yunayted”, “Yuventus”, PSJ) – 179 milyon avro;
  10. Zlatan İbrahimoviç (“Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunayted”, “Los-Anceles Qelaksi”) – 169 milyon avro.
Xəbəri sosial şəbəkələrdə paylaş: