Ariyanet Muriç “İpsviç Taun”a keçdi – 9,55 milyon avroya

Kosovo millisinin və “Börnli”nin qapıçısı Ariyanet Muriç bundan sonra “İpsviç Taun” klubunun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqaya yeni vəsiqə qazanmış “İpsviç Taun” rəsmi saytı vasitəsilə məlumat yayıb.

Sözügedən klub bu transfer üçün “Börnli”yə 9,55 milyon avro ödəyib. 25 yaşlı qolkiper yeni klubu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb.

Ariyanet Muriç “Börnli”yə 2022-ci ilin iyul ayında 3 milyon avro qarşılığında “Mançester Siti”dən “Börnli”yə keçmişdi. O, bu komandanın heyətində 55 oyuna çıxıb, 51 qol buraxıb, 21 matçda isə qapısını toxunulmaz saxlayıb.

Muriç karyerası ərzində “Adana Dəmirspor”, “Villem II”, “Jirona”, “Nottingem Forest”, “Mançester Siti”, “NAK Breda” kimi klublarda da forma geyinib.

Vaxtilə Monteneqronun U-21 yığmasında oynamış Muriç, 2018-ci ildən Kosovonun əsas yığmasında forma geyinir. O, bu ölkənin millisində 38 oyuna çıxıb, 51 qol buraxıb, 10 matçda qapısını toxunulmaz saxlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: