“Kəpəz” Küveyt komandasına qalib gəldi

Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Kəpəz” təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama matçına çıxıb.

Arena.az xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycanda təlim-məşq toplanışında olan Küveytin “Əl-Yarmuk” komandası ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda baş tutan matç “sarı-göylər”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qərb təmsilçisinin heyətində Lassana Ndiaye və Kərim L’Kuça fərqləniblər.

Xatırladaq ki, bu, “Kəpəz”in bu yay yoxlama oyunlarındakı ilk qələbəsidir. Gəncə təmsilçisi əvvəlki yoxlama görüşlərində “Turan Tovuz”a 0:4, “Şamaxı”ya isə 1:2 hesabı ilə uduzmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: