Əvəzedicilər Liqasında yeni mövsümün ilk təyinatları açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 2024/25 mövsümünün 1-ci turunun təyinatları açıqlanıb

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Yeni mövsümə avqustun 3-də start veriləcək. “Araz Naxçıvan” ilə “Qarabağ”ın əvəzediciləri arasında baş tutacaq mövsümün açılış oyununu Fərid Hacıyev idarə edəcək.

Əvəzedicilər Liqası
1-ci tur
3 avqust

“Araz Naxçıvan-2” – “Qarabağ-2”
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Eyyub İbrahimov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“ASK Arena”, 18:00.

4 avqust

“Neftçi-2” – “Turan Tovuz-2”
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Vüqar Həsənli.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 18:00.

“Sumqayıt-2” – “Kəpəz-2”
Hakimlər: Elvin Bayramov, Kamran Bayramov, Tərlan Talıbzadə, Rövşən Rəcəbov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Sumqayıt Arena” (ehtiyat meydança), 18:00.

5 avqust

“Şamaxı-2” – “Sabah-2”
Hakimlər: Əkbər Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu, 17:30.

“Zirə-2” – “Səbail-2”
Hakimlər: Kamranbəy Rəhimov, Teymur Teymurov, Vüqar Bayramov, İslam Məmmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Bayıl Arena”, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: