Azərbaycanı Konfrans Liqasında təmsil edən “Sabah” bu gün İsrailin “Makkabi” (Hayfa) komandası ilə cabab matçına çıxıb.
Arena.az xəbər verir ki, turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində üz-üzə gələn Azərbaycan və İsrail təmsilçilərinin ikinci görüşü Masazırda baş tutub.
Krunoslav Renduliçin yetirmələri səfər oyunundan sərfəli nəticə ilə dönmüşdülər – 3:0. Azərbaycan təmsilçisinə sadəcə bu üstünlüyünü qorumaq və mərhələ adlamaq qalırdı. Amma “Sabah” doğma meydanda əsl şok yaşayıb. Görüşün əsas vaxtı 5:2 hesabıyla qonaqların xeyrinə başa çatıb. Ümumi hesab bərabər olduğu üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda da komandalar hərəyə bir dəfə fərqləniblər. Belədə, qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Sabah” çətinliklə də olsa, Konfrans Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
1 avqust
Sabah – Makkabi (Hayfa) 3:6 (penaltilər 3:2)
Qollar: Pavol Şafranko, 47. Kahim Parris, 71. Coy Lens Mikels, 103 – Dolev Haziza, 17. Frantsdi Pyerro, 67; 90. Lorenso Simiç, 70. Lior Refaelov, 73. Din David, 112.
Hakimlər: Peter Kraloviç, Tomaş Straka, Matey Zemko, Boris Marhefka (hamısı Slovakiya).
Masazır. “Masazır Arena”.
İlk oyun – 3:0.
Penalti seriyası:
Lior Refaelov – 0:1
Sofian Çakla – 1:1
Din David – 1:2
Coy Lens Mikels – 1:2 (tir)
Kennet Sayef – 1:2 (qapıçı)
Xəyal Əliyev – 2:2
Dia Sabia – 2:2 (kənara)
İvan Lepinitsa – 3:2
Frantsdi Pyerro – 3:2 (kənara)
Sabah: 1. Yusif İmanov, 2. Amin Seydiyev (k), 3. Con İrasabal, 7. Boyan Letiç, 8. Ayaz Quliyev (4. Elvin Camalov, 23), 13. İvan Lepinitsa, 18. Pavol Şafranko (88. Xəyal Əliyev, 90+5), 20. Coy Lens Mikels, 28. Kahim Parris (10. Namiq Ələsgərov, 75), 44. Sofian Çakla, 70. Jesse Sekidika (5. Rəhman Daşdəmirov, 113).
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 55. Nicat Mehbalıyev, 6. Abdulla Xaybullayev, 17. Tellur Mütəllimov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 77. Şakir Seyidov, 99. Neqoş Kupuşoviç.
Baş məşqçi: Krunoslav Renduliç.
Makkabi: 40. Şarif Keuof, 2. Daniel Sundqren (42. Roey Elimeleç, 84), 4. Əli Məhəmməd, 6. Qadi Kinda (11. Lior Refaelov, 65), 8. Dolev Haziza (k) (28. İlai Haqaq, 65), 9. Frantsdi Pyerro, 26. Mahmud Caber (21. Din David, 69), 27. Pyer Kornud (16. Kenni Sayef, 106), 34. Aleksandr Sirota (30. Abdulaye Sek, 84), 44. Lorenso Simiç, 91. Dia Sabia.
Ehtiyat oyunçular: 13. Tomas Sultani, 17. Suf Podqoreanu, 18. Qoni Naor, 23. Maor Kandil, 36. Hamza Şibli, 55. Rami Gerson.
Baş məşqçi: Barak Baxar.


