Avropanın ən yaxşı 10 komandası açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropada son 10 ilin 10 ən yaxşı komandasının adını açıqlayıb.

Arena.az xəbər verir ki, araşdırma 2011-2020-ci illəri əhatə edib.

Siyahının ilk pilləsində “Barselona” qərarlaşıb. İspaniyanın digər nəgəng klubu “Real” ikincidir. İlk “3-lüy”ü Almaniyanın “Bavariya” klubu qapayır.

Avropanın ən yaxşı komandası bunlardır:

  1. Barselona (İspaniya) – 2877
  2. Real (İspaniya) – 2782
  3. Bavariya (Almaniya) – 2594,5
  4. PSJ (Fransa) – 2357
  5. Atletiko (İspaniya) – 2302
  6. Yuventus (İtaliya) – 2272
  7. Çelsi (İngiltərə) – 2113
  8. Mançester Siti (İngiltərə) – 2113
  9. Mançester Yunayted (İngiltərə) – 2020
  10. Arsenal (İngiltərə) – 2016
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: