Mark-Andre ter Ştegen AÇ-2024-dəki rolundan məyusdur

“Barselona”nın və Almaniya yığmasının qapıçısı Mark-Andre ter Ştegen vətəni Almaniyada keçirilmiş AÇ-2024-lə bağlı təəssüratlarını paylaşıb.

Arena.az alman qapıçının bu barədə fikirlərini təqdim edir:

“Şəxsən mən daha çoxunu gözləyirdim. Bu Avropa çempionatında oynamaq istəyirdim. Yarışın ən güclü komandası ilə qarşılaşdığımız komanda səviyyəsində bizə aydın idi. Oyunun sonunda komanda yoldaşlarımı qələbə münasibətilə təbrik etdim”, deyə Ter Ştegen bildirib.

Xatırladaq ki, Almaniya yığması AÇ-2024-ün 1/4 finalında İspaniya yığmasına əlavə vaxtda 1:2 hesabı (əsas vaxat 1:1) ilə məğlub olaraq, yarışda işitirakını başa vurmuşdu.

Xatırladaq ki, Ter Ştegen ötən il dekabrın əvvəlində bel nahiyəsində şiddətli ağrılar hiss etdiyi üçün cərrahi əməliyyat edilmişdi.

Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının yetirməsidir. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyulunda 12 milyon avro müqabilində “Barselona”ya keçib.

2023/2024 mövsümündə Ter Ştegen “Barselona”nın heyətində bütün yarışlarda 36 oyuna 37 qol buraxıb, 17 oyunda isə qapısının toxunulmazlığını təmin edə bilib. Alman qapıçı “Barselona”nın heyətində ümumilikdə 413 oyun keçirib, 405 qol “yeyib” və 174 oyundan “quru” qurtulub.

Ter Ştegen “Barselona” ilə 5 dəfə İspaniya Liqasının, 5 dəfə İspaniya Kral Kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Mark-Andre ter Ştegen 2012-ci ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 40 oyuna 48qol buraxıb, 12 “quru” oyun keçirib. Ter Ştegen Almaniya yığması ilə 2017 Konfederasiyalar Kubokunun qalibi, həmçinin U-17 və U-19 yığmalarının heyətində Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı alman qapıçının transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: