Xulian Arauxo “Barselona”nı tərk etdi – 10 milyonluq transfer

İspaniyanın “Barselona” klubunun sağ cinah müdafiəçisi Xulian Arauxo bundan sonra “Bornmut”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Meksika millisinin üzvü yeni klubu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə bağlayıb. “Bornmut” bu transfer üçün “Barselona”ya 10 milyon avro ödəyib.

Xulian Arauxo “Barselona”ya 2023-cü ilin yanvar ayında ABŞ klubu “Los Anceles”dən 5 milyon avro müqabilində keçmişdi. 23 yaşlı futbolçu Kataloniya təmsilçisinin heyətində heç bir rəsmi oyun keçirməyib. Buna müdafiəçinin ötən mövsümü La Liqanın digər təmsilçisi “Las Palmas”da icarədə keçirməsi səbəb olub. Belə ki, Arauxo bu komandanın heyətində 28 oyuna çıxıb, 2 qol vurub.

Xulian Arauxonun “Los Anceles” karyerası isə 109 oyun, 2 qol və 14 məhsuldar ötürmədən ibarətdir.

Amerika Birləşmiş Ştatlarında anadan olmuş Arauxo, bu ölkənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb, hətta əsas millidə 1 oyun keçirib. Amma 2021-ci ilin dekabrından etibarən o, Meksika yığmasının uğurları üçün çalışmağa qərar verib. Müdafiəçi bu komandanın heyətində 13 oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: