Alan Dias “Sumqayıt”da – Rəsmi

Sonuncu klubu Sofiya “Lokomotiv”i olan braziliyalı mərkəz müdafiəçisi Alan Dias bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Sumqayıtın eyniadlı klubunun mətbuat xidməti məlumat yayıb.

Azad agent statusuna malik 25 yaşlı futbolçu ilə 1+2 illik müqavilə imzalanıb. Müdafiəçi yeni komandasında 5 nömrəli formanı geyinəcək.

Alan Dias Braziliyanın “Qoyas” klubunun yetirməsidir. Ölkəsində “Botafoqo”, “Brazil Pelotas”, “Krisiuma” kimi klubların da formasını geyinmiş futbolçu, 2022-ci ilin iyul ayından “Lokomotiv”də çıxış edirdi. O, Sofiya təmsilçisinin heyətində 44 oyuna çıxıb, 3 qola imza atıb. Amma bu ilin yanvar ayında sözügedən klubdan azad agent kimi ayrılmış futbolçu həmin vaxtdan bəri özünə yeni komanda axtarışında idi.

Xatırladaq ki, “Sumqayıt” daha öncə Rəhim Sadıxov (“Zirə”), Fernando Medeyros (“Eqnatiya”, Albaniya), Slavişa Radoviç (“Sarayevo”, Bosniya və Herseqovina), Nikola Vuynoviç (“Qoritsa”, Xorvatiya), Sərtan Taşkını (“Manisa”, Türkiyə) və Silvanus Nimelini (“Surxon Termez”, Özbəkistan) heyətinə qatmışdı.

Erik Sorqa, Orxan Sadıqlı, Abu Dosso, Oktavio Manteka, Masaki Murata, Kamran Əliyev və Kazimir Ninqa isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: