A Seriyası: “Yuventus” və “Atalanta” darmadağınla başladılar

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 1-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Səfərdə “Leççe” ilə qarşılaşan Avropa Liqasının sonuncu qalibi “Atalanta” bu rəqibini 4 cavabsız qolla məğlub edib.

“Yuventus” isə yeni mövsümün ilk oyununda doğma meydanda “Komo”nu 3 cavabsız qolla üstələyib.

İtaliya, A Seriyası
1-ci tur
17 avqust

Cenoa – İnter 2:2
Qollar: Volyakko, 20. Messias, 90+6 – Türam, 30; 82.

Parma – Fiorentina 1:1
Qollar: Man, 22 – Biraqi, 75.

Milan – Torino 2:2
Qollar: Morata, 89. Okafor, 90+5 – Tiav, 30-öz qapısına. Sapata, 68.

Empoli – Montsa 0:0

18 avqust

Bolonya – Udineze 1:1
Qollar: Orsolini, 57-pen – Cannetti, 68.

Verona – Napoli 3:0
Qollar: Livramento, 50. Moskera, 75; 90+4.

Kalyari – Roma 0:0

Latsio – Venesiya 3:1
Qollar: Kastelyanos, 11. Zakkayni, 44-pen. Altare, 81-öz qapısına – Andersen, 3.

19 avqust

Leççe – Atalanta 0:4
Qollar: Breşianini, 35; 66. Reteqi, 45; 57.

Yuventus – Komo 3:0
Qollar: Mbanqula, 23. Vea, 45+1. Kambyazo, 90+1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: