Antonio Konte “Verona”ya məğlubiyyəti bir daha təhlil etdi

“Napoli”nin baş məşqçisi Antonio Konte İtaliya A Seriyasının 1-ci turunda “Verona”dan məğlubiyyəti (0:3) necə qəbul etdiklərini açıqlayıb.

Arena.az “Tuttosport” dərgisinə istinadən məlumat verir ki, italyan mütəxəssis bu səfər məğlubiyyətini ciddi təhlillə bir daha baxışdan keçirib:

“Mən “Verona” ilə oyunu iki hissəyə bölərdim. Birinci hissədə “Napoli” necə oynamalı idisə, elə də oynadı, “Verona” qapımıza bir dəfə də olsun zərbə endirə bilmədi – bu, mənim görmək istədiklərimin təcəssümü idi. İkinci hissədə isə hər şey fərqli oldu. Görünürdü ki, bu, yeni mövsümün ilk oyunu deyil, ötən mövsümün davamıdır.

Bu, köhnə skeletləri oyandırdı. İkinci hissədə azarkeşlərimiz sanki ötən mövsümə qayıtmışdılar, amma mən isə düşünürdüm ki, çox şey artıq unudulub.

Mən, uzun müddət burada olan 10-12 futbolçunu əsas götürərək klubu dirçəltməyi planlaşdırıram, bunlar yaxşı uşaqlardır. Bəzən insanlar arasında nəcisinə də rast gəlinir, amma burada belə deyil, bu uşaqlar “Napoli” ilə maraqlanır, yaxşı məşq edir, səy göstərir, məsuliyyət daşıyırlar. Onlar “Verona” ilə oyunda nə baş verdiyini anladılar və bunun təkrarlanmamasını hamıdan çox istəyirlər. Başa düşürəm ki, onların sayəsində mənim möhkəm təməlim var, mən onlara tamamilə arxalanıram.

“Yaxşı insanlar” dedikdə mən əsl kişiləri nəzərdə tuturam. Onlar var olduqca çətinliklərin öhdəsindən gəlirsiniz. Ona görə də mən bu uşaqlara və onların işinə güvənirəm.

Azarkeşlərin inamsızlığımı? Neapoldan heç vaxt ayıra bilməyəcəyiniz məqamlar – həvəs və ehtirasdır. Əlbəttə, ötən mövsümü və “Verona” ilə oyunu nəzərə alsaq, istər-istəməz şikayətlər baş qaldıracaq. Amma əminəm ki, “Napoli” azarkeşləri bizi dəstəkləyəcəklər”, deyə Antonio Konte vurğulayıb.

Xatırladaq ki, “Napoli” İtaliya A Seriyasının 2-ci tur oyununda avqustun 25-də “Bolonya”nı qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

1-ci turdan sonra xalsız “Napoli” A Seriyasının yarış cədvəlində 18-ci pillədə – autsayderlər arasında qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: