Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 5-ci turun təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
5-ci tura sabah keçiriləcək iki oyunla start veriləcək. Şənbə günü daha iki qarşılaşma baş tutacaq. Turun qapanış matçı isə sentyabrın 2-də təşkil olunacaq.
Əvəzedicilər Liqası
5-ci tur
30 avqust
“Kəpəz-2” – “Sabah-2”
Hakimlər: Fərid Hacıyev, Tərlan Talıbzadə, Zöhrab Abbasov, İslam Məmmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:30.
“Neftçi-2” – “Şamaxı-2”
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Teymur Teymurov, Rövşən Rəcəbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Neftçi Futbol Mərkəzi” (4-cü meydança), 18:00.
31 avqust
“Zirə-2” – “Qarabağ-2”
Hakimlər: Rauf Cabarov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. “ASK Arena”, 17:00.
“Sumqayıt-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Əli Əliyev, Sənan Atayev, Rəhman Aslanov, Vüqar Həsənli.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 17:00.
2 sentyabr
“Turan Tovuz-2”– “Səbail-2”
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 17:00.


