“Bayern” düşərgəsi “Bayer”in alman mərkəz müdafiəçisi Canatan Tanın Münhen klubuna keçidinin baş tutmasını şərh edib.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən məlumat verir ki, bu barədə klubun idman direktoru Maks Eberl açıqlama verib.
Xatırladaq ki, daha əvvəl mətbuatda, “Bayern”in Taya görə “Bayer”ə təxminən 25 milyon avro məbləğ təklif etdiyi, “əczaçılar”ın isə Almaniya nəhəngindən ən azı 30 milyon avro məbləğ tələb etdiyi haqda məlumat yayılmışdı.
“Bayern” qərar verməli olan klubdur. Müəyyən məbləği ödəməyə hazır deyiliksə, deməli, ödəməyəcəyik. Müşahidə şurası sövdələşməni təsdiqləsəydi belə, uyğun olmadığını düşünsək, bunu icra etməzdik. Oralarda nə yazıldığı mənə maraqlı deyil. Mən həmişə demişəm ki, xərclər varsa, gəlir də olmalıdır.
Leverkuzen “Bayer”i bizə üç həftə əvvəl son tarixi açıqladı və dedi: “Qulaq asın, filan vaxta qədər filan məbləği ödəməlisiniz”. Simon Rolfesə isə yazdım: “Simon, son tarix üçün təşəkkür edirəm, bizə dediyiniz məbləğə görə təşəkkür edirəm. Amma razılaşa bilmirik”.
Bununla da danışıqlar yekunlaşıb. Bu, üç həftə yarım əvvəl olub. Bu keçidin arxasında duran əsl hekayə isə budur.
Əlbəttə, indi yenə soruşuram, əgər satış edib, artıq pulumuz olsa, o zaman bunu icra edə bilərikmi? “Əgərlər” çoxdur. Amma yox, bu, baş verməyəcək”, deyə Eberl məsələyə yağlı bir nöqtə qoyub.
Conatan Ta “Bayer”ə 2015-ci ilin iyul ayında “Hamburq”dan 9,5 milyon avro məbləğ müqabilində keçib.
Tanın “əczaçılar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ta ümumilikdə “Bayer”in heyətində 356 oyuna çıxıb, 14 qol vurub, 12 məhsuldar ötürmə verib.
Conatan Ta 2016-cı ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 29 oyun keçirib.
Conatan Ta “Bayer”lə Almaniya Bundesliqasının, Almaniya Kubokunun və Almaniya Super Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


