Spalletti: “Baccomuz, Del Pyeromuz, Tottimiz yoxdur, amma…”

İtaliya yığmasının baş məqşçisi Luçano Spalletti “skuadra adzurra”nın heyəti haqda söhbət açıb, komandasını qiymətləndirib.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Hazırda milli komandamızda Roberto Bacco, Alessandro Del Pyero və ya Françesko Totti kimi üstün bacarıqlara malik oyunçular yoxdur. Bununla belə, fərqli bacarıq və uyğunlaşma qabiliyyətinə malik çoxlu oyunçularımız var. Onlar ümumi məqsəd naminə özlərini qurban verməyə hazırdırlar və vahid tam olaraq fəaliyyət göstərirlər. Ötən cümə günü Fransa yığması ilə oyunda (3:1) komandamız sadəcə komanda deyil, əsl qardaşlıq birliyi idi. Bu, bir çox çətinliklərin həllinin açarıdır”, deyə Spalletti vurğulayıb.

Xatırladaq ki, UEFA Millətlər Liqası çərçivəsində İtaliya yığması A Liqasının 2-ci qrupunun 1-ci tur oyununda səfərdə Fransa yığması üzərində 3:1 hesablı əzmkar qələbə qazanmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: