Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 6-cı turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun açılış matçında “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edəcək. Bu oyunu Rəvan Həmzəzadə idarə edəcək.
Bu, “Araz-Naxçıvan”la “Kəpəz”in Premyer Liqada 9-cu görüşü olacaq. Əvvəlki 8 oyunda Naxçıvan klubu 2, Gəncə təmsilçisi 6 qələbə qazanıb. Sülh tanımayan rəqiblərin duelində bu dəfə kimin sevinəcəyi maraq doğurur. Son üç oyunda “Kəpəz” qalib gəlib. Gəncəlilər son dörd matçın hamısında qol vurublar.
Cari mövsümdə isə “Kəpəz” uğursuz çıxışı ilə diqqət mərkəzindədir. Əvvəlki 5 turda xal hesabını aça bilməyən Gəncə təmsilçisi uğursuz gedişata “Araz-Naxçıvan”la matçda son qoymağa çalışacaq. Bu oyun həm də “Kəpəz”in yeni baş məşqçisi Azər Bağırov üçün debüt xarakteri daşıyır. Komandası onun debüt matçını unudulmaz etmək üçün, yeni mövsümdə ilk qələbəsini qazanmalıdır.
“Araz-Naxçıvan” isə 4 oyuna topladığı 7 xalla 4-cü pillədə qərarlaşıb. Elmar Baxşıyevin komandası autsayderi də yenməklə liderlər qrupundakı mövqeyini qorumağa çalışacaq.
Premyer Liqa
6-cı tur
13 sentyabr
19:30. “Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Mərdəkan. “Dalğa Arena”
14 sentyabr
16:30. “Şamaxı” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu
19:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Rauf Allahverdiyev.
VAR: Kamal Umudlu.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “Azərsun Arena”.
15 sentyabr
18:00. “Zirə” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu.
20:30. “Sabah” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Masazır Arena”.


