Erik ten Haq: “MY hələ də keçid mərhələsindədir”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”a qarşı tənqidlərə münasibəti ilə bağlı sualı cavablayıb.

Arena.az BBC-yə istinadən niderlandlı mütəxəssisin bu barədə cavabını təqdim edir:

“Bu, mənə təsir göstərmir. Mən nəyin içində olduğumuzu, nə etməli olduğumuzu və hara getdiyimizi bilirəm. Biz hələ də keçid mərhələsindəyik, çoxlu gənc oyunçuları uyğunlaşdırmalıyıq. Hələ, zədəlilər və futbolçuların komandaya qayıtması ilə məşğul olmalıyıq.

Amma heç kim bəhanə gətirmək fikrində deyil, biz hər oyunda qalib gəlməliyik. Mən bunu bilirəm, komanda bunu bilir. Diqqətimizi hər oyuna yönəldəcəyik”, deyə Erik ten Haq vəd verib.

Xatırladaq ki, “Mançester Yunayted” Premyer Liqanın 3 turundan sonra 3 xalla yarış cədvəlində 14-cü pillədə qərarlaşıb. “Qırzmızı şeytanlar” yenicə başlamış mövsümdə artıq iki oyunda məğlub olmağa macal tapıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: