Rahil Məmmədovun komandası “Lexiya”ya da uduzdu

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Rahil Məmmədovun komandası “Radomyak” bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, bu gün Polşa Ekstraklasasında 2024/2025 mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.

Radom klubu da səfərdə Qdansk “Lexiya”sı ilə qarşılaşıb. Oyun “Radomyak”ın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Rahil bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Rahil Məmmədovun komandası 8 turdan sonra 6 xalla 18 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, bu yay Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılmış 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi “Radomyak”la 2 illik müqaviləyə imza atıb. O, bu komandada 4 rəsmi matça çıxıb.

Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 17 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: