Fransa futbolunun əfsanəsi, UEFA-nın sabiq prezidenti Mişel Platini futbol oyunu qaydalarına köklü yenilik təklifi ilə çıxış edib.
Arena.az “RMC Sport” dərgisinə istinadən, Platininin bu barədə fikrini təqdim edir:
“Bəlkə də hər komandadan bir oyunçunu çıxarıb, on-ona oynamaq gərəkdir. Keçən əsrdə 11 nəfərlə oynayırdılar, amma onda futbol çox ləng idi. İndi hər şey daha sürətlidir. O vaxt futbolçular fiziki cəhətdən daha güclü idilər. Düşünürəm ki, oyunçuların sayını azaltmaq yaxşı olardı. Bunun sayəsində meydanda daha çox boş məkan olacaq”, deyə Platini fikrini əsaslandırıb.
Xatırladaq ki, futbol oyunu haqda mövcud əsasnaməyə görə, bir komandanın heyətində meydanda qapıçı da daxil olmaqla 11 futbolçu çıxış edir.


