Futbol üzrə Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün 7-ci turu çərçivəsində bu gün “Kəpəz” “Şamaxı”nı qəbul edir.
Arena.az xəbər verir ki, Tovuz şəhər stadionunda təşkil olunmuş və hazırda ilk yarısı oynanılan görüşdə Şamaxı təmsilçisi 2:0 hesabı ilə öndədir.
“Aslanlar” 2-ci qolu vurandan sonra stadiona təşrif buyurmuş gəncəli azarkeşlər müxtəlif şüarlar səsləndirilməyə başlayıb. Belə ki, onlar klubun İdarə Heyətinin sədri İlqar Nadirini və baş məşqçi Azər Bağırovu istefaya səsləyiblər.
Xatırladaq ki, əvvəlki oyunlarının hamısından məğlubiyyətlə ayrılmış “Kəpəz”də işlər heç də yaxşı getmir. Komanda böyük ehtimalla bu oyunda da xal və qələbə hesabını aça bilməyəcək.


