Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Venesiya” doğma meydanda “Cenoa”nı 2 cavabsız qolla məğlub edib. Dörd qolun qeydə alındığı “Leççe” – “Parma” matçında qalib müəyyənləşməyib.
“Yuventus” bu turda “Napoli” ilə üz-üzə gəlib. Turində keçirilən oyunda qapılara qol vurulmayıb.
5-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
İtaliya, A Seriyası
5-ci tur
20 sentyabr
Kalyari – Empoli 0:2
Qollar: Kolombo, 33. Espozito, 49.
Verona – Torino 2:3
Qollar: Kastanos, 12. Moskera, 90+3 – Sanabriya, 10. Sapata, 34. Adams, 79.
21 sentyabr
Venesiya – Cenoa 2:0
Qollar: Busio, 63. Pohyanpalo, 85.
Yuventus – Napoli 0:0
Leççe – Parma 2:2
Qollar: Dorqu, 32. Krstoviç, 59 – Almqvist, 90+3. Hayno, 90+6.
22 sentyabr
14:30. Fiorentina – Latsio
17:00. Montsa – Bolonya
20:00. Roma – Udineze
22:45. İnter – Milan
22:45. Atalanta – Komo


