Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 5-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Atalanta” doğma meydanda “Komo” ilə qarşılaşıb. Əslində, bu oyun ötən gün – sentyabrın 23-də keçirilməli idi. Lakin güclü yağış səbəbindən qarşılaşma bir gün sonraya ertələnmişdi. Bu gün baş tutan və beş qolun qeydə alındğı matçın yekununda qələbəni “Komo” bayram edib. Qeyd edək ki, bu, sözügedən komandanın yenidən qayıtdığı A Seriyasının cari mövsümündəki ilk qələbəsidir.
Beləliklə, 5 turdan sonra 11 xala malik “Torino” A Seriyasının vahid lideridir. “Napoli” və “Udineze” 10, “Yuventus” və “Empoli” 9, son çempion “İnter”lə əzəli rəqibi “Milan” 8, “Latsio” 7, “Roma”, “Verona”, Fiorentina”, “Atalanta” və “Bolonya” isə 6 xal toplayıblar.
İtaliya, A Seriyası
5-ci tur
20 sentyabr
Kalyari – Empoli 0:2
Qollar: Kolombo, 33. Espozito, 49.
Verona – Torino 2:3
Qollar: Kastanos, 12. Moskera, 90+3 – Sanabriya, 10. Sapata, 34. Adams, 79.
21 sentyabr
Venesiya – Cenoa 2:0
Qollar: Busio, 63. Pohyanpalo, 85.
Yuventus – Napoli 0:0
Leççe – Parma 2:2
Qollar: Dorqu, 32. Krstoviç, 59 – Almqvist, 90+3. Hayno, 90+6.
22 sentyabr
Fiorentina – Latsio 2:1
Qollar: Qudmundsson, 49-pen; 90-pen – Gila, 41.
Montsa – Bolonya 1:2
Qollar: Dyuriç, 43 – Urbanski, 24. Kastro, 80.
Roma – Udineze 3:0
Qollar: Dovbik, 19. Dibala, 49-pen. Baldansi, 70.
İnter – Milan 1:2
Qollar: Dimarko, 27 – Pulişiç, 10. Qabbya, 89.
24 sentyabr
Atalanta – Komo 2:3
Qollar: Zappakosta, 18. Lukman, 90+7-pen – Strefessa, 46. Kolaşinaç, 54-öz qapısına. Fadera, 58.


