“Mançester Yunayted”in baş məşqçisi, niderlandlı mütəxəssis Erik ten Haq “qırmızı şeytanlar”ın hədəflərindən söhbət açıb.
Arena.az “Irvine Times” dərgisinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Düşünürəm ki, biz yaxşı çıxış edib qənimətlər qazanmalıyıq. Bu klubun əsas məqsədi də budur.
“Mançester Yunayted”in ən yüksək səviyyədə oynamaq iddiaları var və biz Çempionlar Liqasına çıxmaq istəyirik. Bu, aydındır. İndi bizim iki yolumuz var – biri Premyer Liqada, digəri isə Avropa Liqasında”, deyə Erik ten Haq bildirib.
İngiltərə Premyer Liqasının 5 turundan sonra “Mançester Yunayted” 7 xalla yarış cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Avropa Liqasının ümumi mərhələsinin 1-ci turunda isə “qırmızı şeytanlar” “Old Trafford”da “Tvente”nin müqavimətini qıra bilməyiblər – 1:1.


