Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 9-cu turuna yekun vurulub.
Arena.az xəbər verir ki, birinci dövrənin sonuncu turunun sonuncu oyununda “Sumqayıt”la “Qarabağ” üz-üzə gəliblər.
Ağdam təmsilçisi səfər oyununda növbəti qələbəsini qazanmaqla zirvədəki mövqeyini qoruyib. “Sumqayıt”ın qələbə həsrətinə son qoymaq istəyi isə baş tutmayıb.
Premyer Liqa
9-cu tur
6 oktyabr
“Sumqayıt” – “Qarabağ” 0:1
Qol: Elvin Cəfərquliyev, 74.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:00.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 99. Silvanus Nimeli, 5. Alan Dias, 23. Cordan Rezabala, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 11. Fernando Da Silva, 12. Georgi Xaraişvili, 9. Nikola Vuynoviç, 18. Kristian Velinovski.
Baş məşqçi: Samir Abasov.
Qarabağ: 99. Mateuş Koxalski, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 20. Riçard Almeyda, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 6. Julio Romao, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.


