Sesk Fabreqas işindən ruhlandığı məşqçinin adını açıqladı

“Komo”nun ispan baş məşqçisi Sesk Fabreqas “Arsenal”ın çalışdırıcısı, həmvətəni Mikel Artetanın işini şərh edib.

Arena.az “Football Italia” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mikel Arteta əla məşqçidir və o, daha da yaxşı olacaq. O, “Arsenal”da əla iş görür. Bu, bizim getmək istədiyimiz yoldur. Ardıcıllıq hər bir xüsusun əsasını təşkil etməlidir. Mənə, ciddi klubda işləmək müvvaffəq olub. Arzum “Komo” ilə ən yüksək zirvələrə çatmaqdır. Düşünürəm ki, burada uzun illər keçirəcəyəm”, deyə Fabreqas ümid və inamla vurğulayıb.

Futbolçu ikən “Arsenal”, “Barselona”, “Çelsi” və “Monako”da çıxış etmiş Sesk Fabreqas karyerasının qürubunda “Komo”da top qovub və burada da məskunlaşaraq, məşqçilk karyerasına başlayıb.

Fabreqas rəsmən 2024-cü ilin iyul ayından “Komo”nun baş məşqçisi hesab edilir. Xatırladaq ki, Fabreqas əslində ötən mövsümdən “Komo”nu çalışdırırdı, ispan mütəxəssisin sadəcə gərəkli məşqçilik lisenziyası yox idi. Artıq bu çatışmazlığı da aradan qaldırmış ispan mütəxəssis “Komo”nun baş məşqçisidir. Fabreqasın italyan klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Fabreqasın rəhbərliyi altında 2023/2024-cü illər mövsümündə keçirdiyi 38 oyunda 73 xal toplamış “Komo” B Seriyasını 2-ci pillədə başa vurub və birbaşa İtaliya A Seriyasına yüksəlib. “Komo” B Seriyasının qalibi “Parma”dan (76 xal) cəmi 3 xal geri qalıb. Son 20 ildə iki dəfə müflis olmuş Lombardiya təmsilçisi 6 mövsümdə 3-cü yüksəliş əldə etdikdən sonra 2003-cü ildən bəri ilk dəfə İtaliya A Seriyasında çıxış edir.

Rəsmi fəaliyyəti dövründə Fabreqas “Komo”nu 13 oyuna çıxarıb, 5 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət yaşayıb. “Komo”nun ispan mütəxəssisin rəhbərliyi altında top fərqi isə 19:23 nisbətindədir.

İtaliya A Seriyasının 7 turundan sonra Fabreqasın “Komo”su 8 xalla yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: