Massimo Karrera məşqçiyə xitam vermək fikrində deyil

İtalyan mütəxəssis Massimo Karrera “Askoli”dən qovulduqdan sonra məşqçilik karyerasının mümkün sonu ilə bağlı sualı cavablayıb.

Arena.az “RB Sport” dərgisinə istinadən məlumat verir ki, hələ klubsuz olan Karrera məşqçilik fəaliyyətinə xitam vermək fikrində deyil:

“Mən işə qayıtmağa və təklifləri nəzərdən keçirməyə artıq hazıram. Məşqçilik karyeramı bitirmək fikrində deyiləm. Təkliflər olsa, onları baxışdan keçirəcəyəm”, deyə Karrera vurğulayıb.

Xatırladaq ki, sentyabrın sonunda İtaliya C Seriyasının təmsilçisi “Askoli” italyan mütəxəssis Massimo Karrera ilə əməkdaşlığına xitam verib.

Massimo Karrera cari ilin martında “Askoli”nin sükanı arxasına keçmişdi. İtalyan mütəxəssislə müddəti 2025-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanmışdı.

Karreranın rəhbrlik etdiyi məşqçlər qərargahı ilə birgə istefaya göndərilməsi komandanın qeyri-qənaətbəxş çıxışı ilə bağlıdır.

Massimo “Askoli”ni 17 oyuna çıxarıb, 6 qələbə, 6 heç-heçə, 5 məğlubiyyət yaşayıb. Topların fərqi isə 22:18 nisbətindədir.

Massimo Karrera məşqçilik fəaliyyətinə 2009-cu ildə “Yuventus”da başlayıb. Mütəxəssis “qoca sinyora”nın yeniyetmələrdən ibarət komandaasını çalışdırıb, həmçinin baxıcı və köməkçi-məşqi vəzifələrində işləyib. Karrera “byankoneri” ilə İtaliya Super Kubokunu (2012) qazanıb. Ardınca Karrera İtaliya yığma komandasında köməkçi-məşqçi işləyib. Daha sonra Moskva “Spartak”ında köməkçi-məşqçi olaraq fəaliyyət göstərmiş Karrera, bu komandanın sükanı arxasına keçməklə, Rusiya Premyer Liqasını (2016/2017) və Rusiya Kubokunu (2017) qazanıb. O, həmin mövsüm Rusiya Premyer Liqasında ilin məşqçisi seçilib. İtalyan mütəxəssis Afina AEK-i və “Bari”ni də çalışdırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: