Oktyabrın 21-dən 27-nə qədər Albaniyanın paytaxtı Tirana şəhərində 23 yaşadək güləşçilər arasında (U-23) dünya çempionatı keçiriləcək.
Arena.az xəbər verir ki, Azərbaycan güləşçiləri də bu mundialda qüvvələrini sınayacaqlar.
Mundiala yunan-Roma güləşçilərimiz start verəcəklər. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında bu güləşçilər uğur qazanmağa çalışacaqlar:
Rəşad Məmmədov (55 kq)
Nihad Quluzadə (60 kq)
Ziya Babaşov (63 kq)
Fərid Xəlilov (67 kq)
Ruslan Nurullayev (72 kq)
Xasay Həsənli (77 kq)
Elmin Əliyev (82 kq)
Cocu Səmədov (87 kq)
Murad Əhmədiyev (97 kq)
Sərxan Məmmədov (130 kq)
Daha sonra böyük məşqçi Toğrul Əsgərov, məşqçilər Ağahüseyn Mustafayevlə Solmaz Adilovanın rəhbərliyi altında beş xanım güləşçimiz medal şansını yoxlayacaq:
Elnurə Məmmədova (50 kq)
Gültəkin Şirinova (55 kq)
Jalə Əliyeva (57 kq)
Gülər Həbibova (59 kq)
Ruzanna Məmmədova (62 kq)
Çempionatın son günlərində sərbəst güləşçilərimiz xalça üzərinə çıxacaqlar. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında bu güləşçilərimiz mübarizəyə qoşulacaqlar:
Vasif Bağırov (57 kq)
Ruslan Abdullayev (61 kq)
Rəşid Babazadə (65 kq)
Maqomed-Başir Xaniyev (70 kq)
Cəbrayıl Qadjiyev (74 kq)
Ali Tsokayev (79 kq)
Arseni Djioyev (86 kq)
Abdulcəlil Şabanov (92 kq)
Aslan Abakarov (97 kq)
Aydın Əhmədov (125 kq)
U-23 dünya çempionatında 1-ci dərəcəli beynəlxalq hakimlər Natiq Hacıyev və Bəşir İsazadə ədaləti qoruyacaqlar.


