“Forbes” dünyanın ən ödənişli futbolçularının siyahısını təqdim etdi

Amerikan maliyyə-iqtisad jurnalı “Forbes” 2024-cü il üzrə dünyanın ən ödənişli futbolçularının siyahısını təqdim edib.

Arena.az məlumat verir ki, siyahının zirvəsində Portuqaliya yğmasının və “Əl-Nəsr”in ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo qərarlaşıb.

Ronaldonun illik gəliri 285 milyon ABŞ dolları məbləğindədir.

Argentina yğmasının və “İnter Mayami”nin ulduz hücumçusu və kapitanı Lionel Messi isə 2-ci pillədə qərarlaşıb. “Leo” cari ilə əsasən 135 milyon ABŞ dolları məbləğində qazanc götürür.

İlk üçlüyü “Əl-Hilal”ın və Braziliya millisinin ulduz hücumçusu Neymar qapayır. “Ney”in mənfəəti 110 milyon ABŞ dolları təşkil edir.

“Forbes” nəşrinə görə dünyanın ən ödənişli futbolçularının onluğunu təqdim edirik:

  1. Kristiano Ronaldo (“Əl-Nəsr”) – ildə 285 milyon ABŞ dolları;
  2. Lionel Messi (“İnter Mayami”) – ildə 135 milyon ABŞ dolları;
  3. Neymar (“Əl-Hilal”) – ildə 110 milyon ABŞ dolları;
  4. Kərim Benzema (“Əl-İttihad”) – ildə 104 milyon ABŞ dolları;
  5. Kilian Mbappe (“Real”) – ildə 90 milyon ABŞ dolları;
  6. Erlinq Haland (“Mançester Siti”) – ildə 60 milyon ABŞ dolları;
  7. Vinisius Junior (“Real”) – ildə 55 milyon ABŞ dolları;
  8. Məhəmməd Salah (“Liverpul”) – ildə 53 milyon ABŞ dolları;
  9. Sadio Mane (“Əl-Nəsr”) – ildə 52 milyon ABŞ dolları;
  10. Kevin De Bröyne (“Mançester Siti”) – ildə 39 milyon ABŞ dolları.
Xəbəri sosial şəbəkələrdə paylaş: