Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 8-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Cenoa” – “Bolonya” matçında qalib müəyyənləşməyib. “Komo” – “Parma” oyununda da tərəflər hərəyə 1 qol və xalla kifayətləniblər.
“Milan” doğma meydanda “Udineze”ni, “Yuventus” isə “Latsio”nu tək qolla üstələyib.
8-ci turun qalan görüşləri oktyabrın 20-də və 21-də keçiriləcək.
İtaliya, A Seriyası
8-ci tur
19 oktyabr
Komo – Parma 1:1
Qollar: N.Pas, 45 – Bonni, 20.
Cenoa – Bolonya 2:2
Qollar: Pinamonti, 73; 85 – Orsolini, 37. Odqaard, 56.
Milan – Udineze 1:0
Qol: Çukvueze, 13.
Yuventus – Latsio 1:0
Qol: Gila, 85-öz qapısına.
20 oktyabr
14:30. Empoli – Napoli
17:00. Leççe – Fiorentina
17:00. Venesiya – Atalanta
20:00. Kalyari – Torino
22:45. Roma – İnter
21 oktyabr
22:45. Verona – Montsa


