Azərbaycanlı FİFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin oyununa təyinat alıb.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Belə ki, Kamal Umudlu Ukraynanın “Şaxtyor” (Donetsk) və İsveçrənin “Yanq Boyz” klublarının gənclərdən ibarət komandalarının oyununda iş başında olacaq.
Azərbaycanlı referi UEFA Gənclər Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində Almaniyanın Helzenkirhen şəhərində keçiriləcək bu oyunda baş hakim olacaq. Ona yan xətt hakimləri Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Görüşün dördüncü hakimi yerli referi Patrik Şvenqers olacaq.
Qeyd edək ki, noyabrın 6-da keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.


