Azərbaycanın qadın boksçusu Aynur Mikayılova Monteneqroda gənclər arasında keçirilən dünya birinciliyində tarixi ilkə imza atıb.
Arena.az xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan yığmamızın üzvü Budva şəhərində təşkil olunmuş dünya birinciliyinin 1/4 finalında Reka Varqa Sara (Macarıstan) ilə qarşılaşıb.
Anna Mikayılova ilk raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib. Bu, Azərbaycan boks tarixində ilkdir. İndiyə qədər ölkəmizin heç bir qız boksçusu dünya birinciliyində bu mərhələyədək irəliləməyib. Onun qazanacağı istənilən əyarlı medal isə boks tariximizə qızlardan ibarət yığmanın ilk mükafatı kimi düşəcək.
Xatırladaq ki, mundialda yarımfinal görüşləri sabah təşkil olunacaq.


