2021-ci ilin ən məhsuldar futbolçuları – Messi 2-ci, Ronaldo 17-cidir

2021-ci ilin ən məhsuldar futbolçuları bəlli olub.

Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ilin ən məhsuldar futbolçularının siyahısını açıqlayıb.

Siyahıda 34 oyunçu yer alıb. Hesabında 18 qol olan “Bavariya”nın hücumçusu Robert Levandovski birincidir.

“Barselona”nın kapitanı Lionel Messi 16 topla 2-ci, Tardeli Reis isə 15 qolla üçüncüdür.

Portuqaliya millisinin və “Yuventus”un futbolçusu Kristiano Ronaldo 11 qolla 17-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya milli və beynəlxalq səviyyəli turnirlərdə ən azı 10 qol vuranlar daxil edilib.

2021-ci ilin ən məhsuldar futbolçuları:

  1. Robert Levandovski (Polşa) – Bavariya (Almaniya) – 18 qol
  2. Lionel Messi (Argentina) – Barselona (İspaniya) – 16
  3. Tardeli Reis (Braziliya) – Samut Prakan (Tailand) – 15
  4. Georgios Cakumakis (Yunanıstan) – Venlo (Niderland) – 14
  5. Ali Mabxut (BƏƏ) – Əl Cəzirə (BƏƏ) – 14
  6. Bağdad Bunedjah (Əlcəzair) – Əl Sədd (Qətər) – 14
  7. Şeyn Laveri (Şimali İrlandiya) – Linfild (Şimali İrlandiya) – 14
  8. İqnasio Ramires (Uruqvay) – Liverpul Montevideo (Uruqvay) – 13
  9. Bafetimbi Qomis (Fransa) – Əl Hilal (Səudiyyə Ərabistanı) – 13
  10. Andre Silva (Portuqaliya) – Ayntraxt (Almaniya) – 12
  11. Patson Daka (Zambiya) – Zalsburq (Avstriya) – 12
  12. Fabio Lima (BƏƏ) – Əl Vasl (BƏƏ) – 12
  13. Ceymi Maklaren (Avstraliya) – Melburn Siti (Avstraliya) – 12
  14. Bidyaşagar Sinq (Hindistan) – Trau (Hindistan) – 12
  15. Pa Omar Jobe (Qambiya) – Şeyx Camal (Banqladeş) – 12
  16. Robinyo (Braziliya) – Başundhara Kinqs (Banqladeş) – 12
  17. Kristiano Ronaldo (Portuqaliya) – Yuventus (İtaliya) – 11
  18. Luis Suares (Uruqvay) – Atletiko (İspaniya) – 11
  19. Erlinq Haland (Norveç) – Borussiya (Dortmund, Almaniya) – 11
  20. Aaron Bupendza (Qabon) – Hatayspor (Türkiyə) – 11
  21. Maureen Franko (Uruqvay) – Feniks (Uruqvay) – 11
  22. Marsel Hernandes (Kuba) – Alaxuelense (Kosta Rika) – 11
  23. Dennis Antvi (Qana) – Qokulam (Hindistan) – 11
  24. Luka Mayçen (Sloveniya) – Çörçill Brozers (Hindistan) – 11
  25. Raul Bekerra (Argentina) – Başundhara Kinqs (Banqladeş) – 11
  26. İlkay Gündoğan (Almaniya) – Mançester Siti (İngiltərə) – 10
  27. Yussef Ən-Nəsiri (Mərakeş) – Sevilya (İspaniya) – 10
  28. Yan Kuxta (Çexiya) – Slaviya (Praqa, Çexiya) – 10
  29. Pol Onuaçu (Nigeriya) – Genk (Belçika) – 10
  30. Kristian Quanka (Argentina) – Əl Şabab (Səudiyyə Ərabistanı) – 10
  31. Mitçell te Vrede (Niderland) – Əl Fateh (Səudiyyə Ərəbistanı) – 10
  32. Cey Donnelli (Şimali İrlandiya) – Qlentoran (Şimali İrlandiya) – 10
  33. Dennis Murilyo (Braziliya) – Naxon Ratçasima (Tailand) – 10
  34. Bill (Braziliya) – Çanqray Yunayted (Tailand) – 10
Xəbəri sosial şəbəkələrdə paylaş: