A Seriyası: 2024-cü ilin ilk oyununda heç-heçə

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 19-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Bolonya” doğma meydanda “Cenoa” ilə üz-üzə gəlib. Tərəflər 2024-cü ilin ilk oyunu olan bu qarşılaşmada hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

19-cu turun qalan oyunları şənbə və bazar günlərinə təsadüf edəcək.

İtaliya, A Seriyası
19-cu tur
5 yanvar

Bolonya – Cenoa 1:1
Qollar: De Silvestri, 90+6 – Qudmundsson, 20.

6 yanvar

15:30. İnter – Verona
18:00. Frozinone – Montsa
21:00. Leççe – Kalyari
23:45. Sassuolo – Fiorentina

7 yanvar

15:30. Empoli – Milan
18:00. Torino – Napoli
18:00. Udineze – Latsio
21:00. Salernitana – Yuventus
23:45. Roma – Atalanta

Xəbəri sosial şəbəkələrdə paylaş: