A Seriyası: “Atalanta” çempiona 4 cavabsız qolla uduzdu

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 3-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında “Venesiya” doğma meydanda “Torino”ya minimal fərqlə məğlub olub.

Son çempion “İnter” isə “Atalanta” ilə ev oyununda 3 xalı 4 cavabsız qolla qazanıb.

3-cü turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

İtaliya, A Seriyası
3-cü tur
30 avqust

Venesiya – Torino 0:1
Qol: Koko, 86.

İnter – Atalanta 4:0
Qollar: Djimsiti, 3-öz qapısına. Barella, 10. Türam, 47; 56.

31 avqust

20:30. Bolonya – Empoli
20:30. Leççe – Kalyari
22:45. Latsio – Milan
22:45. Napoli – Parma

1 sentyabr

20:30. Fiorentina – Montsa
20:30. Cenoa – Verona
22:45. Yuventus – Roma
22:45. Udineze – Komo