Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Fiorentina” – “Venesiya” matçında qapılara qol vurulmayıb.
“Atalanta” səfərdə “Torino”ya, “Roma” isə evdə “Empoli”yə oxşar hesabla (1:2) məğlub olub.
Mövsümə ağır məğlubiyyətlə başlamış “Napoli” isə bu turda “Bolonya”nı 3 cavabsız qolla üstələyib.
2-ci tura avqustun 26-da keçiriləcək 2 oyunla yekun vurulacaq.
İtaliya, A Seriyası
2-ci tur
24 avqust
Parma – Milan 2:1
Qollar: Man, 2. Kançelyeri, 77 – Pulişiç, 66.
Udineze – Latsio 2:1
Qollar: Lukka, 5. Toven, 49 – İsaksen, 90+5.
İnter – Leççe 2:0
Qollar: Darmian, 5. H.Çalhanoğlu, 69-pen.
Montsa – Cenoa 0:1
Qol: Pinamonti, 45+7.
25 avqust
Fiorentina – Venesiya 0:0
Torino – Atalanta 2:1
Qollar: İliç, 31. Adams, 49 – Reteqi, 26.
Roma – Empoli 1:2
Qollar: Şomurodov, 80 – Qyasi, 45. Kolombo, 61-pen.
Napoli – Bolonya 3:0
Qollar: Di Lorenso, 45+2. Kvaratsxeliya, 75. C.Simeone, 90+4.
26 avqust
20:30. Kalyari – Komo
22:45. Verona – Yuventus


