A Seriyası: “Bolonya”nın qələbə seriyasına “İnter” son qoydu

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Kalyari” – “Salernitana” matçında meydan sahibləri qələbə qazanıblar.

“Sassuolo” doğma meydanda “Frozinone”ni, lider “İnter” isə səfərdə son turlarda qələbələri sıralayan “Bolonya”nı tək qolla məğlub edib.

Beş qolun vurulduğu “Cenoa” – “Montsa” matçında da qonaqlar qələbə qazanıblar.

28-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

İtaliya, A Seriyası
28-ci tur
8 mart

Napoli – Torino 1:1
Qollar: Kvaratsxeliya, 61 – Sanabriya, 64.

9 mart

Kalyari – Salernitana 4:2
Qollar: Lapadula, 12. Qaetano, 40. Şomurodov, 51; 76 – Kastanos, 56. Macciore, 58.

Sassuolo – Frozinone 1:0
Qol: Torstvedt, 58.

Bolonya – İnter 0:1
Qol: Bissek, 37.

Cenoa – Montsa 2:3
Qollar: Qudmundsson, 52. Vitinya, 68 – Pessina, 8. Dani Mota, 18. Maldini, 80.

10 mart

15:30. Leççe – Verona
18:00. Milan – Empoli
21:00. Yuventus – Atalanta
23:45. Fiorentina – Roma

11 mart

23:45. Latsio – Udineze

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: