A Seriyası: Elitanı tərk edənlər və avrokuboklara gedənlər bilindi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün sonuncu – 38-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.

“Napoli” – “Leççe” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Verona” – “İnter” və iki qolluq “Latsio” – “Sassuolo” görüşlərində də qalib müəyyənləşməyib.

Möhtəşəm mövsüm keçirən “Atalanta” bu dəfə doğma meydanda “Torino”ya 3 cavabsız qolla qalib gələrək 4-cü pilləyə yüksəlib. Amma bu komandanın hələ ehtiyatda təxirə salınmış bir oyunu da var. Məhz bu görüşə görə A Seriyasında mövsüm hələ tam yekunlaşmayıb.

“Empoli”nin qonağı olan “Roma” son turu xalsız başa vurub. “Frozinone” isə evdə “Udineze”yə uduzub. Nəticədə “Empoli” və “Udineze” A Seriyasında qalıbsa, 35 xalla 18-ci sırada qərarlaşan “Frozinone” B Seriyasına düşüb. “Sassuolo” və “Salernitana” da elitadakı yerini itirib.

Çempion “İnter”lə (94 xal) yanaşı, ilk beş pillədə yer almış “Milan” (75), “Yuventus” (71), “Atalanta” (69) və “Bolonya” (68) növbəti mövsümdə İtaliyanı UEFA Çempionlar Liqasında təmsil edəcəklər. “Roma” (63) və “Latsio”nu (61) Avropa Liqasında mübarizə gözləyir. 57 xalla 8-ci pillədə qərarlaşmş “Fiorentina” isə Konfrans Liqasında mübarizə aparacaq.

İtaliya, A Seriyası
38-ci tur
23 may

Kalyari – Fiorentina 2:3
Qollar: Deyola, 64. Mutandva, 85 – Bonaventura, 39. N.Qonsales, 89. Artur Melo, 90+12-pen.

24 may

Cenoa – Bolonya 2:0
Qollar: Malinovski, 13. Vitinya, 59.

25 may

Yuventus – Montsa 2:0
Qollar: Kyeza, 26. Aleks Sandro, 28.

Milan – Salernitana 3:3
Qollar: Leao, 22. Jiru, 27. Kalabriya, 77 – Simi, 64; 89. Sambiya, 87.

26 may

Atalanta – Torino 3:0
Qollar: Skamakka, 26. Lukman, 43. Paşaliç, 71-pen.

Napoli – Leççe 0:0

Empoli – Roma 2:1
Qollar: Kaçelyeri, 13. Nyanq, 90+3 – Auar, 45+1.

Frozinone – Udineze 0:1
Qol: Davis, 76.

Latsio – Sassuolo 1:1
Qollar: Zakkayni, 60 – Viti, 66.

Verona – İnter 2:2
Qollar: Noslin, 16. Suslov, 37 – Arnautoviç, 10; 45+1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: