A Seriyası: “Fiorentina” evdə “Empoli”yə uduzdu

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 9-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

“Udineze” – “Leççe” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Turun son matçında isə “Fiorentina” doğma meydanda “Empoli”yə uduzub.

Beləliklə, 9 turdan sonra 22 xala malik “İnter” vahid liderdir. “Milan” 21 xalla ikinci, “Yuventus” 20 xalla üçüncü pillədə qərarlaşıb. “Napoli” və “Fiorentina”nın 17, “Atalanta”nın 16, “Roma” və “Bolonya”nın 14, “Latsio” və “Leççe”nin 13, “Montsa” və “Frozinone”nin 12, “Sassuolo”nun 10, “Torino”nun 9, “Cenoa” və “Verona”nın 8, “Empoli”nin 7 xalı var. Son üç pillədə qərarlaşmış “Udineze” 6, “Salernitana” 4, “Kalyari” də cəmi 3 xal toplaya bilib. Bu üç komanda hələ də qələbəyə həsrətdir.

İtaliya, A Seriyası
9-cu tur
21 oktyabr

Verona – Napoli 1:3
Qollar: Lazoviç, 60 – Politano, 27. Kvaratsxeliya, 43; 55.

Torino – İnter 0:3
Qollar: Türam, 59. L.Martines, 67. H.Çalhanoğlu, 90+5-pen.

Sassuolo – Latsio 0:2
Qollar: F.Anderson, 28. L.Alberto, 35.

22 oktyabr

Roma – Montsa 1:0
Qol: El-Şaaravi, 90.

Bolonya – Frozinone 2:1
Qollar: Ferquson, 19. De Silvestri, 22 – Sule, 63-pen.

Salernitana – Kalyari 2:2
Qollar: Dia, 86; 90+5-pen – Luvumbo, 79. Viola, 88.

Atalanta – Cenoa 2:0
Qollar: Lukman, 68. Ederson, 90+5.

Milan – Yuventus 0:1
Qol: Lokatelli, 63.

23 oktyabr

Udineze – Leççe 1:1
Qollar: Tovin, 49-pen – Pikkoli, 83.

Fiorentina – Empoli 0:2
Qollar: Kaputo, 21. Qyasi, 81.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: