A Seriyası: “İnter” Milan derbisində məğlub oldu, “Roma” sevindi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

“Roma” doğma meydanda “Udineze”ni 3 cavabsız qolla məğlub edib. Bu, Daniele De Rossinin istefasından sonra “canavarlar”ın baş məşqçi postuna gətirilmiş İvan Yuriçin rəhbərliyi altındakı ilk matç olub.

“Fiorentina” evdə “Latsio” üzərində çətin qələbəyə sevinibsə, “Bolonya” buna səfərdə – “Montsa” ilə oyunda nail olub.

Bu gün həm də Milan derbisi baş tutub. Son çempion “İnter” əzəli rəqibi “Milan”la ev oyunundan xalsız ayrılıb.

5-ci tura sabah – sentyabrın 23-də keçiriləcək “Atalanta” – “Komo” oyunu ilə yekun vurulacaq.

İtaliya, A Seriyası
5-ci tur
20 sentyabr

Kalyari – Empoli 0:2
Qollar: Kolombo, 33. Espozito, 49.

Verona – Torino 2:3
Qollar: Kastanos, 12. Moskera, 90+3 – Sanabriya, 10. Sapata, 34. Adams, 79.

21 sentyabr

Venesiya – Cenoa 2:0
Qollar: Busio, 63. Pohyanpalo, 85.

Yuventus – Napoli 0:0

Leççe – Parma 2:2
Qollar: Dorqu, 32. Krstoviç, 59 – Almqvist, 90+3. Hayno, 90+6.

22 sentyabr

Fiorentina – Latsio 2:1
Qollar: Qudmundsson, 49-pen; 90-pen – Gila, 41.

Montsa – Bolonya 1:2
Qollar: Dyuriç, 43 – Urbanski, 24. Kastro, 80.

Roma – Udineze 3:0
Qollar: Dovbik, 19. Dibala, 49-pen. Baldansi, 70.

İnter – Milan 1:2
Qollar: Dimarko, 27 – Pulişiç, 10. Qabbya, 89.

23 sentyabr

22:45. Atalanta – Komo

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: