Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 2-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
Səfərdə “Parma” ilə qarşılaşan “Milan” yeni mövsümdə ilk məğlubiyyətinə üzülüb. Bu komanda ilk turda da heç-heçə ilə kifayətlənmişdi.
“Latsio” da səfərdə “Udineze”yə uduzub. Son çempion “İnter” doğma meydanda “Leççe”ni 2 cavabsız qolla üstələyib. “Montsa” isə “Cenoa” ilə ev oyunundan xalsız ayrılıb.
2-ci turun qalan görüşləri avqustun 25-də və 26-da baş tutacaq.
İtaliya, A Seriyası
2-ci tur
24 avqust
Parma – Milan 2:1
Qollar: Man, 2. Kançelyeri, 77 – Pulişiç, 66.
Udineze – Latsio 2:1
Qollar: Lukka, 5. Toven, 49 – İsaksen, 90+5.
İnter – Leççe 2:0
Qollar: Darmian, 5. H.Çalhanoğlu, 69-pen.
Montsa – Cenoa 0:1
Qol: Pinamonti, 45+7.
25 avqust
20:30. Fiorentina – Venesiya
20:30. Torino – Atalanta
22:45. Roma – Empoli
22:45. Napoli – Bolonya
26 avqust
20:30. Kalyari – Komo
22:45. Verona – Yuventus


