A Seriyası: “İnter” uduzdu, “Yuve” qalib gəldi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 2-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də dörd görüş baş tutub.

“Torino” – “Fiorentina” matçında qapılara qol vurulmayıb. “Cenoa” doğma meydanda “Yuventus”a minimal hesabla uduzubsa, “İnter” evdə “Udineze”yə məğlub olub. “Latsio” isə “Verona”nı 4 cavabsız qolla yenib.

Beləliklə, 2 turdan sonra “Napoli”, “Yuventus”, “Kremoneze” və “Roma” itkisiz irəliləyirlər – 6 xal. “Udineze” isə 4 xal toplayıb.

İtaliya, A Seriyası
2-ci tur

29 avqust

Kremoneze – Sassuolo 3:2
Qollar: Terraçano, 37. F.Vaskes, 39. De Luka, 90+3-pen – Pinamonti, 63. Berardi, 73-pen.

Leççe – Milan 0:2
Qollar: Loftus-Çik, 66. Pulişiç, 86.

30 avqust

Bolonya – Komo 1:0
Qol: Orsolini, 59.

Parma – Atalanta 1:1
Qol: Kutrone, 85 – Paşaliç, 79.

Napoli – Kalyari 1:0
Qol: Anqissa, 90+5.

Piza – Roma 0:1
Qol: Sule, 55.

31 avqust

Cenoa – Yuventus 0:1
Qol: Vlahoviç, 73.

Torino – Fiorentina 0:0

İnter – Udineze 1:2
Qollar: Dumfris, 17 – Devis, 29-pen. Atta, 40.

Latsio – Verona 4:0
Qollar: Genduzi, 3. Zakkayni, 10. Kastelyanos, 41. Dia, 82.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: